Bakının bu ərazilərində qaz təchizatı dayandırılır – SƏBƏB

Bakının bu ərazilərində qaz təchizatı dayandırılır – SƏBƏB Sosial

Bakının bəzi ərazilərində qaz kəsiləcək.

News24.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Binə qəsəbəsinin Ə. İsazadə küçəsinin, Nardaran qəsəbəsinin Abşeron, Ə. Tağıyev, M. İbrahimov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.