Bakının bu küçəsində hərəkət tam məhdudlaşdırılacaq

 Bakının bu küçəsində hərəkət tam məhdudlaşdırılacaq Sosial

Sabunçu rayonunda Bəşir Bünyadov küçəsinin Koroğlu metro stansiyasından (Piramida tərəf) Heydər Əliyev prospektinədək olan hissəsində və Bakıxanov qəsəbəsi istiqamətində təmir işləri aparılacaq.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Belə ki, nəqliyyat vasitələrinin hərəkəti oktyabrın 21-də saat 23:00-dan oktyabrın 22-də saat 08:00-dək, oktyabrın 22-də saat 23:00-dan oktyabrın 23-də saat 08:00-dək, həmçinin oktyabrın 23-də saat 23:00-dan oktyabrın 24-də saat 08:00-dək tam məhdudlaşdırılacaq.

“Sürücülərdən əvvəlcədən alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur”, - məlumatda qeyd olunur.