Bakının bu küçəsində abadlıq işləri APARILACAQ - RƏSMİ

Bakının bu küçəsində abadlıq işləri APARILACAQ - RƏSMİ Sosial

İslam Səfərli küçəsində piyadalaşdırma və abadlıq işləri aparılacaq. 

News24.az xəbər verir ki, bu barədə AYNA-nın Bakı Regional İdarəsinin müdiri Tərlan Səfərov iyulun 16-da “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə “Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” mövzusunda keçirilən ictimai müzakirə zamanı danışıb. 

Onun sözlərinə görə, sözügedən küçə paytaxtın ən çox tarixi binaların yerləşdiyi ərazisidir. Həmçinin burada Qış Parkı, Fəvvarələr Meydanı kimi ictimai məkanlar yerləşir. Küçənin piyadalaşdırılması həm memarlıq irsinin qorunması, həm də sakinlər və turistlər üçün daha əlverişli mühitin yaradılması məqsədi daşıyır.

Tərlan Səfərov bildirib ki, layihə çərçivəsində tarixi binaların fasadlarının bərpası, küçə işıqlandırmasının yenilənməsi, yaşıllıq zolaqlarının artırılması və müasir şəhər mebeli ilə təminat işləri də aparılacaq.


Aqil Qarayev

News24.az


Bakının bu küçəsində abadlıq işləri APARILACAQ - RƏSMİ