"BakuBus"un sürücülərindən maraqlı performans - Biri oxudu, digərləri ifa etdi - VİDEO

"BakuBus"un sürücülərindən maraqlı performans - Biri oxudu, digərləri ifa etdi - VİDEO Sosial

Bu gün 18 sentyabr - Milli Musiqi Günü ilə əlaqədar “BakuBus”ın sürücüləri maraqlı kompozisiya ilə çıxış ediblər. 

News24.az xəbər verir ki, məşhur “İntizar” (“Vəfadarım mənim”) mahnısı sürücülər tərəfindən ifa olunub.

İfaçı - 500 nömrəli avtobusun sürücüsü Elçin Budaqovu tarda 1 nömrəli avtobusun sürücüsü Tərlan Naqdaliyev, pianoda 139 nömrəli avtobusun sürücüsü Ramiz İbrahimov müşayiət edib.

Qeyd edək ki, sözləri Südabə Şəfa, musiqisi Nüşabə Muradovaya məxsus mahnının ən populyar ifaçısı Elmira Rəhimovadır.  /Qafqazinfo/

Həmin kompozisiyanı təqdim edirik: