BDU-da köçürmənin qarşısın alan Fuad Hüseynovun işdən çıxarıldığı deyilir
Sosial
Bakı Dövlət Universitetinin (BDU) informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə mütəxəssisi Fuad Hüseynovun işdən çıxarıldığı bildirilir.
News24.az xəbər verir ki, onun hansı səbəbdən işdən çıxarıldığı barədə məlumat verilmir.
Qeyd edək ki, Fuad Hüseynov BDU-da imtahanlar zamanı köçürmə hallarının qarşısının alınmasına nəzarət edir, belə hallar aşkarlandıqda sərt tədbirlər görürdü./Modern.az/