Bərdədə təcili yardım maşınının qəzaya uğramasıyla bağlı - NAZİRLİKDƏN AÇIQLAMA

Bərdədə təcili yardım maşınının qəzaya uğramasıyla bağlı - NAZİRLİKDƏN AÇIQLAMA Sosial
Səhiyyə Nazirliyi (SN) Bərdədə təcili yardım avtomobilinin qəzaya uğraması ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, rayonun Qaradəmirçi kəndində çağırışa gedən Təcili Tibbi Yardım avtomobili qəzaya uğrayıb. Baş vermiş qəza ilə əlaqədar Bərdə Rayon Mərkəzi Xəstəxanasına müraciət edən olmayıb.

Xatırladaq ki, hadisə nəticəsində 2 nəfərin xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat yayılmışdı.