Bəzi kəndlərdə qaz olmayacaq

Bəzi kəndlərdə qaz olmayacaq Sosial

İyulun 11-də Astara rayonunun 4 yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq.

News24.az "Unikal"-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Astara rayonu ərazisində yerləşən “Ərçivan” qaz paylayıcı stansiyasından qidalanan və Səncərədi-Alaşa kəndlərini təbii qazla təmin edən, uzunluğu 2 100 metr olan orta təzyiqli qaz kəmərinin kipliyə sınağı keçiriləcək.

Bu məqsədlə iyulun 11-də saat 10:00-dan başlayaraq işlər başa çatanadək Səncərədi, Alaşa, Züngüləş və Bəndəsər kəndləri də daxil olmaqla ümumilikdə 4 yaşayış məntəqəsində 650 abonentin qaz təchizatının müvəqqəti olaraq dayandırılması planlaşdırılır.