Bəzi siniflərdə şagirdlərin 70 faizi minimum standartı ödəmir
Sosial
IV və VI siniflər üzrə monitorinqlərdə narahatedici nəticələr qeydə alınıb.
News24.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib.
Nazir bildirib ki, IV və VI siniflər üzrə keçirilən monitorinqlərin nəticələrinə əsasən, bəzi siniflərdə şagirdlərin 50-70 faizi minimal təhsil standartlarına cavab vermir.
Onun sözlərinə görə, belə siniflərin sayı az deyil.
"Şagirdlərin həmin siniflərdə minimal nəticələrə belə cavab verməməsi narahatedicidir"./Modern.az/