Bəhram Bağırzadənin vəziyyəti haqda - SON MƏLUMAT

Bəhram Bağırzadənin vəziyyəti haqda - SON MƏLUMAT Sosial
"Bəhram Bağırzadə hələ ki, aparatlara qoşulmuş vəziyyətdə reanimasiyadadır. Amma onun səhhətində müsbət dinamika görülür".

Bu barədə News24.az-a Mərkəzi Gömrük Hospitalından məlumat verilib. 

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq, saturasiyanın artırılmasına nail olunmayıb.

Sevda Bayramova