“Bilik günü”nə həsr olunmuş konsert keçirildi - FOTOLAR
Sosial
Xətai rayonunda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Xətai Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə “Bilik günü”nə həsr olunmuş konsert proqramı keçirilib.
News24.az xəbər verir ki, Heydər Əliyev adına İstirahət Parkının amfiteatrında təşkil olunan tədbirdə dövlət və ictimaiyyət nümayəndələri, millət vəkilləri, rayon sakinləri, tələbə adını qazanan gənclər və onların yaxınları iştirak ediblər.
Konsert proqramı şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən millət vəkilləri və rəsmilər tələbə adını qazanan bütün abituriyentləri təbrik edib, onlara təhsil həyatlarında uğurlar arzulayıblar. Çıxışlarda gənclərin ölkənin gələcək inkişafında mühüm rol oynayacağı vurğulanıb.
Daha sonra yüksək bal toplayaraq ali məktəblərə qəbul olan tələbələr mükafatlarla təltif olunublar. Onlara göstərdikləri yüksək nəticələrə görə təşəkkür edilib və gələcək təhsil həyatlarında uğurlar arzulanıb.
Tədbirin bədii hissəsində tanınmış müğənnilər və musiqi qrupları səhnə alıb. Sənətçilərin ifasında müxtəlif musiqi nümunələri səsləndirilib, iştirakçılara rəngarəng konsert proqramı təqdim olunub.
Konsert proqramı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.