Birinci Qarabağ müharibəsi şəhidi Bahadur Kamalovun qalıqları dəfn edildi
Sosial
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Kamalov Bahadur Məhəmməd oğlunun nəşinin qalıqları ailəsinə təhvil verilib.
News24.az xəbər verir ki, bu gün şəhidlə vida mərasimi keçirilib.
Şəhidin mə.inin qalıqları Kəlbəcər rayonunun Zar kəndində dəfn olunub.
Qeyd edək ki, Kamalov Bahadur Məhəmməd oğlu 1937-ci ildə Kəlbəcər rayonunun Zar kəndində anadan olub.
1993-cü il aprelin 5-də Kəlbəcər rayonu, Murovdağ silsiləsində itkin düşüb. (APA)