Birinci sinfə elektron qeydiyyata yenidən - START VERİLİR

Birinci sinfə elektron qeydiyyata yenidən - START VERİLİR Sosial
Martın 29-u birinci sinfə elektron qeydiyyat prosesinə yenidən start verilir. Elektron qeydiyyat sistemi saat 12:00-dan etibarən aktivləşəcək.

Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.