BŞPİ-nin Kadrlar idarəsinə rəis - TƏYİN OLUNDU

BŞPİ-nin Kadrlar idarəsinə rəis - TƏYİN OLUNDU Sosial
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Kadrlar idarəsinə rəis təyin olunub.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə polis polkovnik-leytenantı Fizuli Allahverdiyev rəis təyin edilib.

F.Allahverdiyev Daxili İşlər Nazirliyinin Baş kadrlar idarəsində müxtəlif vəzifələrdə çalışıb. O, bu sahədə çalışan peşəkar kadrlardan hesab olunur.

BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"a faktı təsdiqləyib. /report/