Bu araqlar saxta imiş - FOTOLAR

Bu araqlar saxta imiş - FOTOLAR Sosial

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən aksizli məhsulların dövriyyəsinə nəzarətin gücləndirilməsi, bu məhsulların istehsalı və satışı sahəsində şəffaflığın artırılması və vergi intizamının gücləndirilməsi istiqamətində nəzarət tədbirləri davam etdirilir.

Dövlət Vergi Xidmətindən News24.az-a bildirilib ki, xidmətin Vergi Cinayətlərinin İbtidai Araşdırılması İdarəsinin əməkdaşlarının iştirakı ilə həyata keçirilən operativ vergi nəzarəti tədbirləri zamanı külli miqdarda saxta aksiz markası ilə markalanmış məhsulların satışının həyata keçirilməsi və satış məqsədilə saxlanması faktları aşkar edilib. Belə ki, Murtuzayev Sahil Arif oğluna məxsus Kəngərli rayon Qarabağlar kəndi ərazisində yerləşən anbarda külli miqdarda saxta aksiz markası ilə markalanmış alkoqollu içkilər aşkarlanıb və müvafiq sənədləşmələr aparıldıqdan sonra həmin mallar götürülüb. Hazırda faktla bağlı Dövlət Vergi Xidməti tərəfindən araşdırmalar aparılır.

Vergi Xidməti bütün sahibkarlıq subyektlərini vergi və digər qanunvericiliklə müəyyən edilmiş tələblərə ciddi riayət etməyə çağırır. Qanunvericiliyin tələblərinə əməl olunması sahibkarların əlavə maliyyə sanksiyaları və digər hüquqi məsuliyyət tədbirləri ilə üzləşməsinin qarşısını almaqla yanaşı, bazarda sağlam, bərabər və ədalətli rəqabət mühitinin qorunmasına, “kölgə iqtisadiyyatı”nın həcminin azaldılmasına xidmət edir. Aksizli məhsulların istehsalı və dövriyyəsinə nəzarətin gücləndirilməsi istiqamətində görülən tədbirlər bundan sonra da davam etdiriləcək.

Bu araqlar saxta imiş - FOTOLAR Bu araqlar saxta imiş - FOTOLAR Bu araqlar saxta imiş - FOTOLAR Bu araqlar saxta imiş - FOTOLAR