Bu avtobus marşrutlarının hərəkət sxemi dəyişdirildı

Bu avtobus marşrutlarının hərəkət sxemi dəyişdirildı Sosial

Paytaxtın Mehdiabad qəsəbəsinin 28 May və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

AYNA-dan News24.az-a bildirilib ki, məhdudiyyət səbəbindən 147 və 179 saylı avtobus marşrutlarının hərəkət sxemləri dəyişdirilib.

Təmir işləri yekunlaşanadək 147 saylı marşrutun avtobusları metronun “Azadlıq” stansiyası istiqamətində Mehdiabad qəsəbəsinin mərkəzinə daxil olmadan Digah qəsəbəsinin Zəlimxan Yaqub və Mehdiabad qəsəbəsinin 28 May küçələri ilə hərəkət edəcək.

179 saylı marşurutun hərəkəti isə Mehdiabad qəsəbəsinin Fazil İsmayılov, Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov və 28 May küçələri ilə təşkil edilib.