Bu avtobus zolağının qüvvədəolma vaxtı - 1 saat artırıldı

Bu avtobus zolağının qüvvədəolma vaxtı - 1 saat artırıldı Sosial

Ziya Bünyadov prospektinin bir hissində avtobus zolağının qüvvədəolma müddəti bir saat artırılıb.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, avtobusların qrafikə uyğun, gecikmədən hərəkət etməsi məqsədilə Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinədək olan hissəsində (“20 Yanvar” metrostansiyası istiqamətində) avtobus zolağının qüvvədəolma müddəti 1 saat artırılıb.

Bununla bağlı həmin yol sahəsində avtobus zolağının qüvvədəolma vaxtını göstərən yol nişanında dəyişiklik edilib.

Əvvəl xüsusi hərəkət zolağının qəvvədəolma müddəti axşam saatlarında 17:00–20:00 idisə, hazırda 17:00–21:00 aralığındadır.

Sürücülərə dəyişikliyi nəzərə alaraq diqqətli olmaları tövsiyə olunur.