Bu avtobuslar yenilənir

Bu avtobuslar yenilənir Sosial

Noyabrın 1-dən metronun "Memar Əcəmi" stansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənir.

Bu barədə News24.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata əsasən, 156 nömrəli marşrut üzrə 10 ədəd "İsuzu Citibus" markalı, 156A nömrəli marşrut üzrə isə 4 ədəd "İsuzu HC45" markalı müasir və komfortlu avtobus daşımalara cəlb ediləcək.

Hər iki marşrut nağdsız qaydada fəaliyyət göstərəcək. Gedişhaqqı 0,50 manat müəyyən edilib.