Bu ərazilərdə işıq olmayacaq
Sosial
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə bu gün Yasamal və Qaradağ rayonlarında bir sıra Transformator Məntəqələrində (TM) təmir işləri aparılacaq.
News24.az xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Abbas Mirzə Şərifzadə, Ayna Sultanova, İsfəndiyar Zülalov, Mirəli Seyidov, Ümid Əkbərov küçələri və Mətbuat prospektinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Qaradağ RETSİ-nə daxil olan Buta qəsəbəsənin bəzi ərazilərində saat 10:00-dan 12:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.
Sumqayıt Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/10 kV-luq “Sumqayıt-2” yarımstansiyasından çıxan 14 və 16-cı şəhər fiderlərində təmir işləri həyata keçiriləcək. Beləliklə, 20 və 21-ci mikrorayonlar, Yaşıldərə yaşayış massivinin bir sıra yerlərində saat 09:00-dan 15:00-dək enerjinin verilişi məhdudlaşdırılacaq.
Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.