Bu ərazilərdə qaz kəsiləcək

Bu ərazilərdə qaz kəsiləcək Sosial

Sabah Balakənin bəzi ərazilərində qazın verilişində fasilə olacaq.

News24.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilir ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 09:00-dan işlər yekunlaşanadək Balakən şəhərinin, 26 kəndinin və 1 qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.