Bu ərazilərdə qaz olmayacaq

Bu ərazilərdə qaz olmayacaq Sosial

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq.

News24.az xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.

Bildirilib ki, qaz sızmasının aradan qaldırılması və təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun Gəncə prospektinin, M.Hadi küçəsinin və Nəsimi rayonunun Mir Cəlal, A. Məhərrəmov, 20 Yanvar və Cavadxan küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.