Bu ərazilərə qar yağır

Bu ərazilərə qar yağır Sosial

Qərb bölgəsinin dağlıq rayonlarına qar yağır.

News24.az-ın məlumatına görə, bu gün axşam saatlarından başlayaraq Göygöl, Daşkəsən və Gədəbəy rayonlarına qar yağıb.

Yağıntı yollarda ciddi problem yaşatmayıb.

Qeyd edək ki Gəncə şəhəri və Qərb bölgəsini əhatə edən digər rayonlarda isə yağışlı hava şəraiti müşahidə olunur.