Bu ərazilərə qar yağır
Sosial
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
Yüksək dağlıq ərazilərdə qar yağır. Qar örtüyünün hündürlüyü Qrız və Şahdağda 5 sm-dir.
Düşən yağıntının miqdarı Şahbuzda 9, Biləsuvar, Xızıda 7, Şamaxı, Gədəbəydə 6, Tovuzda 4, Ordubad, Sarıbaş (Qax), Kişçay (Şəki), Qobustan, Quba, Naxçıvan, Kürdəmir, Neftçala, Lerik, Ağstafa, İsmayıllıda 2, Şərur, Sədərək, Daşkəsən, Culfa, Şəmkir, Gəncə, Balakən, Ağsu, Xaçmaz, Qusar, Oğuz, Zaqatala, Şabran, Bərdə, Göyçay, Beyləqan, İmişli, Sabirabad, Lənkəran, Astara, Ağdam, Bakıda və Abşeron yarımadasında 1 mm-dir.
Kəlbəcər, Laçın, Qubadlıda da arabir yağış yağır.
Noyabrın 6-da Şahdağda şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti 20 m/s-dək güclənib.
Ordubad, Daşkəsən, Naftalan, Göygöl, Şəmkir, Sarıbaş (Qax), Şəki, Şamaxı, Qusar, Xaltan, Göyçay, Lerik, Şuşada duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.