Bu gün və sabah geomaqnit qasırğası gözlənilir
Sosial
Bu gün və sabah zəif geomaqnit qasırğası (G1) gözlənilir.
Bu barədə News24.az-a N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bildirilib ki, əgər axınlar eyni vaxtda birləşib çatarsa, qasırğanın G2 səviyyəsinədək yüksəlməsi istisna olunmur.
Günəş küləyi sürətinin 11-12 avqustda gözlənilən Tac Kütlə Atılmaları (TKA) və Tac Dəliyi Axınlarının (TDA) təsiri ilə normadan yüksək olacaq.