Bu il dövlət sərhədini pozan 739 nəfər - SAXLANILIB

Bu il dövlət sərhədini pozan 739 nəfər - SAXLANILIB Sosial
2019-cu ildə dövlət sərhədini pozduqlarına görə 739 nəfər, sərhədboyu rejim qaydalarını pozduqlarına görə 13 min 526 nəfər, axtarışda olan 4699 nəfər saxlanıl­ıb.

News24.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin 2019-cu ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunan hesabat müşavirəsində bildirilib.

Qeyd olunub ki, 479 nəfər saxta, 51 nəfər özgəsinin sənədi ilə və 4 nəfər giz­li şəkildə dövlət sərhədindən buraxılış mən­təqələrindən keçməyə cəhd edərkən saxlanıl­ıb.