Bu il istilik mövsümü nə vaxt başlayacaq?

Bu il istilik mövsümü nə vaxt başlayacaq? Sosial

Payızın dəyişkən havası artıq özünü göstərir.

Havaların tədricən soyuması ilə mənzillərin qızdırılması məsələ yenidən gündəmə gəlir.

Bəs bu il istilik mövsümü nə vaxt başlayacaq? Havanın erkən soyuması istiliyin verilməsini tezləşdirə bilərmi?

Məsələ ilə bağlı News24.az-ın sorğusuna cavab olaraq Azəristiliktəchizat Açıq Səhmdar Cəmiyyətindən bildirilib ki, qaydalar havanın temperaturu və mövsümə hazırlıq tələbləri nəzərə alınmaqla başlanma tarixinin dəyişdirilməsinə imkan verir: “Lakin mövcud normalara görə belə bir zərurət havanın sadəcə ayrı-ayrı günlərdə nisbətən soyuq keçməsi ilə deyil, davamlı və ciddi şəkildə sərtləşməsi ilə təsbit oluna bilər. Belə dəyişiklik müvafiq dövlət orqanlarını məlumatlandırmaqla müəyyən edilir.

Mövsümün başlanması barədə sakinlərə 10 gün əvvəl rəsmi saytımız, media və binaların girişlərində elanlar vasitəsilə məlumat verilir”.

Qeyd edək ki, istiliyin verilmə tarixi noyabrın 15-nə təsadüf edir.