Bu ilin ilk 5 ayında 1184 əkiz, 48 üçəm doğulub

Bu ilin ilk 5 ayında 1184 əkiz, 48 üçəm doğulub Sosial

Bu ilin yanvar-may ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 34056 doğulan körpə qeydə alınmış və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 9,2-dən 8,0-a düşmüşdür.

Dövlət Statistika Komitəsindən News24.az-a verilən məlumata görə, Doğulan körpələrin 53,5 faizi oğlan uşaqları, 46,5 faizi isə qız uşaqları olmuşdur. Doğulan körpələrdən 1184-ü əkiz, 48-i isə üçəm olmuşdur