Bu metrostansiyalar arasında əlavə avtobuslar ödənişli olacaq

Bu metrostansiyalar arasında əlavə avtobuslar ödənişli olacaq Sosial

"Bakı metrosunda "qırmızı" və "yaşıl" xətlərin ayrılması ilə bağlı "Nizami" və "28 May" stansiyaları arasında fəaliyyət göstərəcək əlavə avtobuslar ödənişli olacaq".

Bu barədə News24.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, avtobuslar arasında interval 2 dəqiqə 30 saniyə olacaq.

Prosesə avqustun 15-dən start veriləcək.

Xanım Cavanşirqızı