Bu ölkədə vətəndaşlıq alınması qaydaları sərtləşdirilir

Bu ölkədə vətəndaşlıq alınması qaydaları sərtləşdirilir Sosial


İsveç Miqrasiya Agentliyi (Migrationsverket) vətəndaşlığın alınması ilə bağlı müraciətlərə baxılarkən daha sərt nəzarət tətbiq edir.

Publika.az xəbər verir ki, məqsəd milli təhlükəsizliyə təhlükə yaradan şəxslərə vətəndaşlıq verilməsinin qarşısını almaqdır.

Yeni qaydalara əsasən, müraciət edənlər şəxsiyyətini təsdiqləmək üçün idarəyə gəlməli, həmçinin keçmişi, o cümlədən iş yeri, doğulduğu ölkə və səyahət tarixçəsi haqqında ətraflı məlumat verməlidirlər.

Migrationsverket, həmçinin sənədlərin yoxlanılmasını sərtləşdirməyi və şifahi müsahibələrin sayını artırmağı planlaşdırır.

Bildirilir ki, son illərdə İsveç Təhlükəsizlik Xidməti vətəndaşlıq üçün müraciət edənlərin təhlükə yaratdığını təsdiq edən halları getdikcə daha çox müəyyən edir.