“Bu, regionun zəngin mədəni irsinin yenidən dirçəldilməsidir”
Sosial
Azərbaycan Qarabağda bərpa işlərini davam etdirir, şəhərlər yenidən canlandırılır, tarixi abidələr bərpa olunur.
News24.az xəbər verir ki, bunu Mədəniyyət nazirinin müavini Fərid Cəfərov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Dayanıqlı və gücləndirici mədəni canlandırma” adlı müzakirədə deyib.
O bildirib ki, azad olunmuş ərazilərdə mədəni abidələrin bərpasına xüsusi həssaslıqla yanaşılır:
“Bu, eyni zamanda regionun zəngin mədəni irsinin yenidən dirçəldilməsi deməkdir”.
Nazir müavini əlavə edib ki, Qarabağda mədəni mühitin işğaldan əvvəlki vəziyyətə qaytarılması əsas prioritetlərdən biridir.