Bu sərhədə erməni qoşunları nəzarət edəcək - Paşinyan

Bu sərhədə erməni qoşunları nəzarət edəcək - Paşinyan Sosial


Bu gündən etibarən Ermənistan və İran arasındakı dövlət sərhədində yerləşən "Aqarak" sərhəd-keçid məntəqəsində sərhəd nəzarətini yalnız Ermənistan Respublikasının sərhəd qoşunları həyata keçirəcək.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Paşinyan uzun illər ərzində sərhəddə xidmət göstərmiş Rusiya sərhədçilərinə təşəkkür edib və Ermənistan sərhədçilərinə uğurlar arzulayıb.