Bu şəxslər cərimələnəcək
Sosial
Vəkillər Kollegiyasının üzvü olmadan vəkil "sözündən" istifadə edənlər cərimələnəcək.
News24.az xəbər verir ki, bu məsələ Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin birgə iclasında müzakirə olunub.
İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə görə, Vəkillər Kollegiyasının üzvü olmayan şəxs tərəfindən gəlir əldə etməklə özünə münasibətdə və ya təşkilatının adında "vəkil" sözündən və bu sözün istifadə edildiyi ifadələrdən, eyni zamanda onların başqa dillərə tərcüməsindən istifadə olunmasına görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə ediləcək. (Sfera.az)