Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək

Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək Sosial

Məlumat verən şəxs, onun yaxın qohumu və qohumu korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verməsi ilə əlaqədar olaraq həlak olduqda, onun ailəsinə əmək müqaviləsi, mülki-hüquqi müqavilə və ya digər əsaslarla işləri (xidmətləri) yerinə yetirdiyi təşkilatın büdcəsinin hesabına (büdcə təşkilatlarına münasibətdə həmin təşkilatların saxlanılması xərcləri və büdcədənkənar vəsaitləri hesabına) 20000 (iyirmi min) manat məbləğində birdəfəlik müavinət ödəniləcək.

News24.az xəbər verir ki, bu barədə "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" qanun layihəsində nəzərdə tutulub.

Məlumat verən şəxs, onun yaxın qohumu və qohumu korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verməsi ilə əlaqədar bədən xəsarəti aldıqda ona əmək müqaviləsi, mülki-hüquqi müqavilə və ya digər əsaslarla işləri (xidmətləri) yerinə yetirdiyi təşkilatın büdcəsinin hesabına (büdcə təşkilatlarına münasibətdə həmin təşkilatların saxlanılması xərcləri və büdcədənkənar vəsaitləri hesabına) 10000 (on min) manat məbləğində birdəfəlik müavinət ödənişi ediləcək.

Məlumat verən şəxsin korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verməsi ilə əlaqədar olaraq əmlakına dəymiş ziyan Azərbaycan Respublikasının normativ hüquqi aktlarında nəzərdə tutulmuş qaydada ödənilir.