Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək

Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək Sosial

İşğal edilmiş ərazilərdə infrastrukturun bərpa edilməsi və sosial-iqtisadi inkişafın bərpa edilməsi məqsədilə minatəmizləmə əməliyyatının həyata keçirilməsi təmin edilir. Qeyd olunan fəaliyyətin həyata keçirildiyi zaman partlayıcı sursatların işə düşməsi ilə əlaqədar baş vermiş bədbəxt hadisə nəticəsində və yaxud da həmin hadisə zamanı xəsarət alan şəxslərin ailə üzvlərinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə bir sıra normativ aktlar qəbul edilib.

News24.az xəbər verir ki, bu sözləri Elm və Təhsil Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Cabbar Hüseynli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin təhsil haqqında qanuna etdiyi dəyişikliyə əsasən, qeyd edilən şəxslər 2026-cı il yeni tədris ilindən istər özəl, istərsə də dövlət müəssisələrinə ödənişli əsaslarla qəbul olduğu halda təhsil haqları dövlət tərəfindən qarşılanacaqdır:

"Həmçinin qanun qüvvəyə minənədək adı çəkilən hadisələr nəticəsində zərərçəkmiş şəxslərə də bu qanun şamil ediləcəkdir".