Bu tarixdən ət ucuzlaşacaq

Bu tarixdən ət ucuzlaşacaq Sosial

Qurban bayramı ilə əlaqədar ölkədə dana və quzu ətinin qiymətində artım qeydə alınıb.

News24.az xəbər verir ki, ötən iki gündə Bakıda dana əti 17-18, quzu əti isə 22-23 manata satılıb. Rayonlarda isə bu qiymət müvafiq olaraq 16-17, 20-21 manat arasında dəyişib.

Bakının Zabrat kəndində iribuynuzlu və xırdabuynuzlu heyvanların kəsimi ilə məşğul olan Elxan adlı şəxs saytımıza açıqlamasında qiymət artımının müvəqqəti xarakter daşıdığını bildirib. Onun sözlərinə görə, Məhərrəm ayının başlaması ilə qiymətlər yenidən sabitləşəcək.

"İyunun 16-da Məhərrəm ayı başlayır. Təxminən iki ay Bakıda toy və nişan məclisləri keçirilməyəcək. Bu zaman qirmızı ətə olan tələbat kəskin aşağı düşəcək. İyunun 16-dan etibarən dana ətinin qiyməti 1, quzu ətinin qiyməti isə ən azı 2 manat ucuzlaşacaq", - deyə qeyd edib./Mətbuat.az/