Bu universitetdə erməni dili tədris ediləcək – RƏSMİ

Bu universitetdə erməni dili tədris ediləcək – RƏSMİ Sosial

Bakı Slavyan Universitetində (BSU) erməni dili tədris ediləcək.

News24.az xəbər verir ki, bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Universitetin mətbuat katibi Səbinə Hüseynzadə məlumat verib:

"Bakı Slavyan Universitetinin Elmi Şurasının qərarına əsasən erməni dilinin tədrisi növbəti illərdə nəzərdə tutulur".

Xatırladaq ki, BSU-nun rektoru Anar Nağıyev ötən il verdiyi açıqlamada bildirmişdi ki, 2026-2027-ci tədris ilindən etibarən universitetdə erməni dili fənninin tədrisi planlaşdırılır.