Bu universitetdə tələbələr ikili diplom əldə edəcəklər
Sosial
Türkiyə-Azərbaycan Universitetində təhsil alan tələbələr ikili diplom əldə etmək imkanı qazanırlar.
News24.az xəbər verir ki, bu barədə universitetin tədris şöbəsinin müdiri Günel Teymurova jurnalistlər üçün təşkil olunan infotur zamanı məlumat verib.
O bildirib ki, universitetdə təhsil alan tələbələr seçdikləri ixtisas üzrə həm Azərbaycan, həm də Türkiyə diplomuna sahib ola biləcəklər.