Bu yay son 10 ilin ən isti fəsili oldu
Sosial
Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub.
Bunu News24.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirib.
Onun sözlərinə görə, 2026-cı ildə ən maksimal temperatur iyul ayında qeydə alınıb:
"Bakıda və Abşeron yarımadasında 40, Ordubad və Kürdəmirdə isə 41 dərəcə isti müşahidə olunub. Bu da aparılmış çoxillik meteoroloji müşahidə məlumatlarına əsasən, son 10 ilin ən isti yay fəsillərindən olub".