Bu yol sabahdan bağlanır - Sürücülərin nəzərinə!

Bu yol sabahdan bağlanır - Sürücülərin nəzərinə! Sosial

4 noyabr saat 13:00-dan etibarən Bakı–Ələt–Qazax–Gürcüstan sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisində yerləşən Qobustan körpüsünün köməkçi hissəsinin (Bakı istiqamətində) sökülərək yenidən inşasına başlanılacaq.

News24.az xəbər verir ki, bu barədə AAYDA məlumat yayıbBildirilib ki, tikinti işləri ilə əlaqədar qeyd olunan hissədə nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq.

“Sürücülərdən alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur”, - deyə məlumatda qeyd edilib.