Bu yollarda sıxlıq var - Siyahı

Bu yollarda sıxlıq var - Siyahı Sosial

Paytaxtın bir sıra yollarında sıxlıq yaranıb.

News24.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda yollardakı vəziyyət:

1. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

2. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından “20 Yanvar” metro stansiyası istiqamətində;

3. Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;

4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

5. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

6. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

7. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

8. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində sıxlıq müşahidə olunur.