Cəbrayılda minaya düşən şəxs şəhid atasıdır

Cəbrayılda minaya düşən şəxs şəhid atasıdır Sosial

Xəbər verdiyimiz kimi, Cəbrayılda mina partlayışı nəticəsində Əşrəf Qəhrəmanov və oğlu yaralanıb.

News24.az xəbər verir ki, Əşrəf Qəhrəmanov 2016-cı il aprel döyüşlərində Lələtəpə uğrunda gedən döyüşdə şəhid olan Ruhin Qəhrəmanovun atasıdır.

Bu barədə bloger Tofiq Şahmuradov paylaşım edib.

Bildirilib ki, Ə.Qəhrəmanov özü də Birinci Qarabağ müharibəsi qazisidir.