Cəlilabadda ev yandı

Cəlilabadda ev yandı Sosial

Cəlilabad rayonunun Hamarqışlaq kəndində yanğın hadisəsi baş verib.

News24.az AZƏRTAC-a istinadla xəbər verir ki, hadisə kənd ərazisində Rasim Əliyevə məxsus birmərtəbəli fərdi yaşayış evində qeydə alınıb. Yanğın nəticəsində evə ziyan dəyib.

Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Yanğının başvermə səbəbi və dəymiş ziyanın həcmi dəqiqləşdirilir.