Cəlilabadın 12 yaşayış məntəqəsində qaz olmayacaq

 Cəlilabadın 12 yaşayış məntəqəsində qaz olmayacaq Sosial

Sabah Cəlilabad rayonunun 12 yaşayış məntəqəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

News24.az xəbər verir ki, buna səbəb payız-qış mövsümünə hazırlıq işləridir.

Belə ki, 17 avqust saat 10:00-dan işlər yekunlaşanadək Cəlilabad şəhərinin Cavadxan, Ə.Cavad, Səttərxan-3, N. Tusi küçələrinin, həmçinin Abdullu, Fərzili, Zopun, Suluçeşmə, Astanlı, Əliabad, Məşədivəlli, Sərhədabad, Çünəxanlı, Cəfərli və Həsənli kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.