Cəlilabadın 8 kəndi qazsız qaldı
Sosial
Cəlilabad rayonunda qazıntı işləri aparılarkən yeraltı qaz kəməri zədələnib, 8 kəndim qaz təchizatında fasilə yaranıb.
News24.az xəbər verir ki, Cəlilabad rayonunun Bəcrəvan kəndində müvafiq qurum tərəfindən aparılan qazıntı işləri zamanı yeraltı qaz kəmərinin zədələnməsi nəticəsində qaz sızması baş verib.
Yaranmış qəzanın aradan qaldırılması və təhlükəsizlik tədbirlərinin təmin olunması məqsədilə rayonun Privolnoye, Hacıcavad, Ağdaş, Soyuqbulaq, Çünzəli, Xəlilabad, Hamarqışlaq və Allahverən kəndlərinin qaz təchizatı müvəqqəti dayandırılıb.