Cəlilabadın bir hissəsi qazsız qaldı
Sosial
Cəlilabad rayonun Göytəpə şəhərinin Qurtluş prospektində fərdi qazıntı işləri zamanı yeraltı qaz xətti zədələnib.
News24.az xəbər verir ki, hadisə ilə əlaqədar Göytəpə şəhərinin və bir neçə kəndin qazla təminatı dayandırılıb.
Hadisə ilə bağlı Lənkəran Regional Qaz İstismar İdarəsindən bildirilib ki, təmir-bərpa işləri başa çatandan sonra qazın verilişi bərpa olunacaq.