Ceyranbatanda 1500 abonentin qazı kəsiləcək
Sosial
Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq.
"Azəriqaz" İB Sumqayıt QİS-dən News24.az-a verilən məlumata görə, d57 mm-lik qaz xəttində sızmaların ləğv edilməsi ilə əlaqədar qəsəbə ərazisində bu gün saat 11:00-dan etibarən təmir işləri həyata keçiriləcək.
Bununla əlaqədar qəsəbədəki 1500 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
İşlər yekunlaşdıqdan sonra qazın verilişi bərpa ediləcək.