"Çoban da bir şəxsiyyətdir” - Misir Mərdanov
Sosial
“Mən kənddə böyümüşəm, çobanın kim olduğunu da, onun hansı əziyyətlərlə ailəsinə baxdığını da bilirəm. Çoban da bir şəxsiyyətdir”.
News24.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist - teleaparıcı Tural Ozanın layihəsi olan "Tural Ozan ilə gündəm"in qonağı sabiq Təhsil naziri Misir Mərdanov deyib.
“Bizim cəmiyyət o zaman sağlam və düzgün yoldan gedən cəmiyyət olacaq ki, elə adamlara (Şərurlu İsfəndiyar) burada yer olmayacaq. Nazir olan vaxtlarımda elə insanlarla çox qarşılaşmışam. Onları Azərbaycan üçün bir yara hesab edirəm. Onları heç çobanla da müqayisə etmərəm ”, - deyə o bildirib.
Ətraflı videoda:
Günel Məlikzadə