Daha bir qurum KMDF-yə - VƏSAİT KÖÇÜRDÜ

Daha bir qurum KMDF-yə - VƏSAİT KÖÇÜRDÜ Sosial
Səhiyyə Nazirliyinin Tikilməkdə olan müəssisələrin müdriyyəti də Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb.

News24.az
xəbər verir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tikilməkdə olan müəssisələrin müdriyyəti Koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Prezident cənab İlham Əliyevin imzaladığı 19 mart 2020-ci il tarixli Fərmanla yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsi təşəbbüsünə qoşulub.

Tikilməkdə olan müəssisələrin müdriyyəti tərəfindən Fonda 30 min manat məbləğində vəsait köçürülüb.