Daha bir xəstəxanaya yeni direktor təyin olundu
Sosial
Balakən Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.
News24.az xəbər verir ki, İskəndər Firudin oğlu İskəndərov müvafiq əmrlə Balakən Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin edilib.
1986-cı ildə Zaqatala şəhərində anadan olan İskəndər İskəndərov 2003–2009-cu illərdə Azərbaycan Tibb Universitetində ali tibb təhsili alıb. Əmək fəaliyyətinə həkim-anestezioloq-reanimatoloq kimi başlayıb.
O, 2024-cü ilin sentyabr ayından Qax Rayon Mərkəzi Xəstəxanasında direktor müavini – baş həkim vəzifəsində çalışıb.