Daxili İşlər naziri üç vəzifəlini - İŞDƏN ÇIXARDI

Daxili İşlər naziri üç vəzifəlini - İŞDƏN ÇIXARDI Sosial
Göygöl Rayon Polis Şöbəsində üç nəfər işdən azad edilib.

Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, əməliyyat işləri üzrə rəis müavini, polkovnik-leytenant Cavad Səfərəliyev, cinayət-axtarış bölməsinin rəisi Yasin İsmayılov, Sarısu Polis Bölməsinin rəisi Elşən Quliyev işdən çıxarılıb və sərəncama götürülüb.

Onların yerinə hələlik təyinat yoxdur. /oxu.az/