Dənizə getmək istəyənlərin nəzərinə!

Dənizə getmək istəyənlərin nəzərinə! Sosial

Avqustun 20-də Abşeron çimərliklərində mülayim şimal-qərb küləyinin gündüz arabir güclənəcəyi gözlənilir.

News24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti olacaq.